“Real”ın borcu fantastik həddə çatdı
15.01.2010 - 11:05
“Real”ın borcu fantastik həddə çatdı
İspaniyada futbol klublarının maddi durumları ilə bağlı araşdırma aparılıb. Apasport.az saytının məlumatına görə, araşdırma nəticəsində ən çox borcu olan komandaların adları müəyyənləşib. Bu baxımdan birinci yeri Madrid “Real”ı tutur. Ötən mövsümün sonuna, yəni 2009-cu il 30 iyunadək aparılmış hesablamalara əsasən, “kral klubu”nun borcu fantastik həddə çatıb - 638 milyon avro.

Primeroda yarışan digər komandalardan “Valensiya”nın 550 milyon, “Atletiko”nun 511 milyon, “Barselona”nın 489 milyon, “Deportivo”nun 292 milyon, “Vilyareal”ın 240 milyon avro var. Bu siyahıda yer almış ilk 10 klubun toplam 3 milyard 289 milyon avro borclu olması da diqqətçəkən məqamlardan sayılır.
0