Bülənt Korkmaz: O, oxların hədəfində qala bilər
15.01.2010 - 11:13
Bülənt Korkmaz: O, oxların hədəfində qala bilər
“Bakı”nın baş məşqçisi Bülənt Korkmaz uzun illər formasını geyindiyi və bir müddət çalışdırdığı Türkiyənin “Qalatasaray” klubunda baş verənlərə biganə qala bilmir. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisində baş verən hər hadisəyə münasibət bildirən türk futbolunun əfsanəsi yenə qonşu ölkədən olan həmkarlarımızın suallarına cavab verməli olub.

42 yaşlı mütəxəssis “Qalatasaray”ın yeni transferi Lukas Neylin keçidi ilə bağlı fikirlərini açıqlayıb: “Lukas uzun illər Premyer Liqada oynamış futbolçudur, Avstraliya milli komandasının üzvüdür. Türkiyədə çox təhlil olunacaq. Məncə yaxşı oynadığı vaxt heç bir problemi olmayacaq. Zəif oyun göstərdikdə isə tənqid oxlarının hədəfinə çevriləcək. Bütün bunların necə nəticələnəcəyini isə gözləyib görə bilərik”.

Qeyd edək ki, Neyl yeni komandasında Harri Kyuelldən sonra ikinci avstraliyalı olacaq.
0