Bülənt Korkmaz proqnoz verdi
15.01.2010 - 11:40
Bülənt Korkmaz proqnoz verdi
“Messi ilə müqayisə olunmasına Arda özü münasibət bildirib. Bundan sonra mənim nəsə deməyimə ehtiyac yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Bülənt Korkmaz deyib.

42 yaşlı mütəxəssis türkiyəli həmkarlarımızın istəyi ilə “Qalatasaray”ın ulduzu Arda Turanın Lionel Messi və Mətin Oktayla müqayisə olunmasına münasibət bildirib: “Arda “Qalatasaray”ın uşaq komandasından yetişib gələn çox önəmli və dəyərli bir oyunçudur. O cümlədən, mənim üçün də qiymətli futbolçudur. Mətin Oktay türk futboluna və “Qalatasaray”a çox şeylər vermiş, unudulmaz bir addır. Təbii ki, Ardanın onun izi ilə getməsi, hər kəlmədə onun adını çəkməsi Turanın da Mətinin pərəstişkarı olmasını göstərir. İnşallah vaxt gələr o da belə böyük bir ad kimi xatırlanar. Arda göstərdiyi oyun və adı ilə Türk futbolunun unudulmazları arasında yer alacaq”.
0