Berti Foqts Varşavaya niyə gedir?
15.01.2010 - 12:21
Berti Foqts Varşavaya niyə gedir?
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Polşanın paytaxtı Varşavaya gedəcək. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis səfərə AFFA-nın baş katibi Elxan Məmmədovla birgə çıxacaq. Onlar fevralın 7-də Varşavada keçiriləcək Avro-2012-nin püşkatma mərasiminə qatılacaqlar. Artıq bununla bağlı AFFA-ya UEFA tərəfindən rəsmi dəvət məktubu da göndərilib.

Qeyd edək ki, püşkatmada qitənin 53 komandasından 51-i 9 qrupa (hərəsində 6 kollektiv olmaqla 6 qrup + hərəsində 5 kollektiv olmaqla 3 qrup) bölünəcək. Yığmamız sonuncu, altıncı səbətdə yer alıb. Təşkilatçılar Ukrayna və Polşa isə yarışda birbaşa iştirak hüququna malikdir.
0