Azərbaycan çempionu üçün “vineqret”
15.01.2010 - 12:35
Azərbaycan çempionu üçün “vineqret”
Tacikistanın “Vaxş” klubunun “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində çıxış edəcək heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, sabah Rusiyanın paytaxtı Moskvada start götürəcək yarışda Azərbaycan təmsilçisi “Bakı”nın ilk rəqibi olan kurqan-tübelilər Bülənt Korkmazın yetirmələri üçün “vineqret” hazırlayıb.

Söhbət “Vaxş”ın həftəbecər heyətlə yarışa gəlməsindən gedir. Belə ki, taciklər Moskvaya “Vaxş”ın cəmi 14 oyunçusunu aparıb. Bunlar qapıçı Farxod Yuldoşev, müdafiəçilər Subxon Xodjamov, Aleksey Necmatov, Mexrob Zaxurbekov, Akmal Saburov, yarımmüdafiəçilər Rustam Xodjayev, Kamaldjon Ortilov, Anvar Norkulov, Abdukayum Karaboyev, Maxmadali Sodikov, hücumçular Nucmondjon Xakimov, Rustam Usmonov, Djomixon Muxiddinov, Fozil Sattorovdur.

Digər komandalardan futbolçuları bir turnirlik icarəyə götürən Tacikistan çempionu
Düşənbənin “İstiqlal” klubundan hücumçu Yusuf Rabiyev, yarımmüdafiəçi Fatxullo Fatxulloyev və müdafiəçi Soxib Suvonkulovu, “Parvoz”un arxa xətt oyunçusu Asadullo Nurulloyevi, “Xudjand”ın yarıımmüdafiəçisi Baxodur Şarifov və Özbkistanın “Metallurq” klubunda oynayan qolkiper Alişer Tuyçiyevi də sıralarına qatıb. Yalnız Moskva turniri üçün nəzərdə tutulan bu 6 futbolçudan fərqli qanalılar Daniel Teqo və Devid Tette birdəfəlik “Vaxş”a keçiblər.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində “Birlik kuboku”na digər klubların oyunçularını aparmaq Azərbaycanda da dəbdə idi.
0