Pyer van Hoydonkdan qeyri-adi qərar
15.01.2010 - 12:43
Pyer van Hoydonkdan qeyri-adi qərar
Hollandiya yığması və Türkiyənin “Fənərbaxça” klubunun sabiq hücumçusu Pyer van Hoydonk qeyri-adi qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, 41 yaşlı veteran futbolçu 3 illik fasilənin ardından futbola qayıdıb. Özü də o, Hollandiyanın həvəskarlardan ibarət “Stenberqen 4” klubunu seçib.

Hoydonkun oyunlarda necə iştirakı isə daha böyük maraq doğurur. Belə ki, ötənlərin məşhur futbolçusu hər həftənin şənbə günü səhər İstanbuldan Hollandiyaya uçur və günortadan sonra “Stenberqen 4”ün heyətində meydana çıxır. Oyun başa çatdıqdan sonra isə Pyer yaşadığı İstanbula dönür.

“Stenberqen 4”ün baş məşqçisi Jan-Pol de Qrut Hollandiya yığmasının keçmiş oyunçusu barədə bunları deyib: “Pyer öz istəyi əsasında hücumçu yox, yarımmüdafiəçi mövqeyində oynayır. İnsanlar onu meydançada izləməkdən zövq alırlar. Matçlarımıza baxanların əksəriyyətinin məhz Hoydonka görə stadiona gəldiyini bilirik. Bu səbəbdən onu ehtiyat oyunçular skamyasında oturtmağım qeyri-mümkündür”.
0