Ermənilər “Birlik kuboku”nu boykot etdilər
15.01.2010 - 12:52
Ermənilər “Birlik kuboku”nu boykot etdilər
Azərbaycan çempionu “Bakı”nın iştirak etdiyi “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində erməni futbolçu olmayacaq. Apasport.az saytının məlumatına görə, ənənəvi yarışa qatılan işğalçı ölkə çempionu “Pünik” başdan-ayağa legionerlərdən təşkil olunub.

Belə ki, komandada bir nəfər də olsun Ermənistan vətəndaşı olmayacaq. Afrikalıların sayı isə daha çoxdur. Müdafiə xətti başdan ayağa “qara qitə” təmsilçilərindən ibarətdir ki, buna məşqçilər korpusunun “Birlik kuboku”nda baxışa gələnləri sınamaq istəyi səbəb olub.

Xatırladaq ki, 2005-ci ildə keçirilmiş turnirdə “Neftçi”yə 0:2 hesabı ilə uduzan “Pünik” bir il sonra komandamızla oynamaqdan imtina edib, Rusiyadan qaçmışdı. Həmin vaxtdan bu yarışdan qorxan Ermənistan futbolçuları bu dəfə də biabır olmamaq üçün afrikalıları qabağa verib.

Qeyd edək ki, “Bakı” və “Pünik” yarımfinalda qarşılaşa bilər.
0