“Tvente”nin prezidenti: Vaqif Cavadovun tələbatını ödəməyə çalışacağıq
15.01.2010 - 13:03
“Tvente”nin prezidenti: Vaqif Cavadovun tələbatını ödəməyə çalışacağıq
“Biz Vaqif Cavadovun nə istədiyini soruşuruq. Onun tələbatını ödəməyə çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun transfer olduğu Hollandiyanın “Tvente” klubunun prezidenti Yoop Munsterman deyib.

Enshede komandasının rəhbəri yanvarın 11-də 4,5 illik (3,5+1) müqaviləyə imza atmış Cavadovun transfer qiymətini açıqlamayıb: “Heç vaxt məbləği açıqlamırıq”.

Bundan başqa, Munsterman bildirib ki, “Tvente”nin Azərbaycanın milli komandasından və ya çempionatından digər futbolçu almaq istəyi yoxdur.

Mənbə: extratime.az
0