“Anji”nin baş məşqçisi: Onların hamısını geri qaytardım!
15.01.2010 - 13:21
“Anji”nin baş məşqçisi: Onların hamısını geri qaytardım!
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun düşərgəsində olduğu Rusiyanın “Anji” klubu baxışa çağırdığı futbolçularla bağlı qərarını verib. Apasport.az saytının məlumatına görə, Mahaçqala təmsilçisinin baş məşqçisi Omari Tetradze yalnız “Ximki”dən dəvət olunan Andrey Streltsovu saxlayıb, digərlərini evlərinə yola saldıqlarını açıqlayıb. Türkiyənin Antalya şəhərində hazırlıq keçən Premyer Liqa təmsilçisinin çalışdırıcısı yeni oyunçulara ehtiyacı olduqlarını bildirib: “Komandanı mütləq gücləndirməliyik. İndiki heyətlə Premyer Liqada oynaya bilmərik. Bu barədə hər gün rəhbərliklə söhbət edirik. Bir neçə ulduz futbolçunu da gözaltı etmişik”.

Qeyd edək ki, “Anji” ötən il Rusiyanın birinci divizionunun çempionu olaraq Premyer liqaya qayıdıb.
0