Omari Tetradze: “Anji” daha 4 azərbaycanlı ilə danışıqlar aparır
15.01.2010 - 14:10
Omari Tetradze: “Anji” daha 4 azərbaycanlı ilə danışıqlar aparır
Rusiyanın “Anji” klubunun baş məşqçisi Omari Tetradzenin apasport.az saytına müsahibəsi

- Rusiya çempionatının yeni mövsümünə hazırlıqlar necə gedir?
- Hər şey qaydasındadır. Əsasən heyəti gücləndirməyə fikir veririk ki, Premyer Liqada layiqli çıxış edə bilək.

- Komandanızın düşərgəsində olan Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun “Anji”yə keçidi niyə yubanır?
- Artıq bu məsələdə hər şeyi həll etmişik. Bu gün Şükürovla müqavilə imzalanacaq. O qarşıdakı 2 ildə “Anji”nin şərəfini qoruyacaq.

- “Anji” Antalyadakı toplanışda artıq iki yoxlama oyunu keçirib. Lakin Mahir bunların heç birində oynamadı. Bunun səbəbi nədir?
- Hələ müqavilə imzalanmadığından onu oynatmırdıq. Bu gün keçidi rəsmiləşdirəndən sonra meydana çıxacaq. Həm də ki, Azərbaycan çempionatı çox gec qurtarıb. İstirahətə vaxtı az olub. Bu səbəbdən gözləməyi məsləhət bildik.

- İndiki heyətinizin Premyer Liqada oynamaq üçün zəif olduğunu açıqlamısınız. Sizcə, Şükürovun transferi problemlərinizi həll edəcəkmi?
- Mahiri ona görə transfer etmişik ki, “Anji”ni gücləndirsin. Amma təkcə onunla iş bitmir. Başqa oyunçuları da heyətimizə qatmalıyıq.

- Onlar arasında yenə azərbaycanlı görəcəyikmi?
- Bəli. Biz də bunun üzərində işləyirik.

- Hansı oyunçuları transfer etmək istədiyinizi söyləyə bilərsinizmi?
- Xeyr. Hələ danışıqlar getdiyindən adlarını açıqlamaq istəmirəm. Yaxınlarda hər şey məlum olacaq.

- “Anji” Şükürovdan başqa, bir yoxsa, bir neçə həmyerlimizin keçidində maraqlıdır?
- Biz daha çox olmasını istəyirik. Hər şey danışıqlardan asılı olacaq.

- Hansı mövqelərə dəvət etmək fikrindəsiniz?
- Konkret 4 nəfər: iki mərkəz müdafiəçisi, dayaq yarımmüdafiəçisi və hücumçunu sıralarımıza qatmaq istəyirik.
0