“Bakı” klubunun “Birlik kuboku”ndakı oyunları canlı yayımda!
15.01.2010 - 14:45
“Bakı” klubunun “Birlik kuboku”ndakı oyunları canlı yayımda!
“MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə televiziya kanallarının marağı artıb. Apasport.az saytının məlumatına görə, Rusiya Futbol İttifaqının mətbuat xidmətinin rəhbəri Andrey Malosolov son illər cəmi bir neçə oyunu yayımlanan turnirə bu dəfə televiziyada daha çox vaxt veriləcəyini bildirib.

Onun sözlərinə görə, “Mir” teleradio şirkəti pley-off mərhələsinin bütün oyunlarını yayımlayacaq. 1/4 finaldan başlayaraq bu kanalla yanaşı, TVS-nin də “Birlik kuboku”na maraq göstərdiyini vurğulayan qurum rəsmisi bunu irəliləyiş sayır: “Rossiya-2” kanalı da bəzi oyunları göstərə bilər. Azərbaycan televiziyası isə “Bakı”nın oyunlarından canlı olaraq öz ölkələrinə yayımlayacaq. Qazaxıstanın “Xabar” kanalı isə həm “Aktobe”nin matçlarını yayımlayacaq, həm də yarış haqda gündəlik verilişlər hazırlayacaq”.
0