Branimir Subaşiç “Spartak”da?
15.01.2010 - 14:50
Branimir Subaşiç “Spartak”da?
Rusiya Premyer Liqasında çıxış edən Nalçikin “Spartak” klubu ucuz oyunçu axtarır. Apasport.az saytının məlumatına görə, son illərdə dəfələrlə Azərbaycan futboluna nəzər salan nalçiklilər yeni mövsüm ərəfəsində heyətini gücləndirməkdə çətinlik çəkir.

Azərbaycan milli komandasının sabiq oyunçuları Branimir Subaşiç və İlqar Əbdürəhmanova maraq göstərməsi ilə ölkəmizdə tanınan Yuri Krasnojan neçə vaxtdır çalışdırdığı komandadan bəzən bezdiyini də vurğulayıb: “Biz heyətin komplektləşməsi üçün lazım olan vəsaitin 2/3-nə malikik. Bu sonda ucuz və aşağı səviyyəli oyunçular almağımızla nəticələnə bilər. Nə etmək olar? Öyrəşdiyimiz kimi də davam edəcəyik. Bəzən bundan bezsək də”.

Ucuz oyunçu axtaran Krasnojanın hazırda klubsuz olan İlqar və özünə yeni komanda axtarışlarını davam etdirən Branimirlə yenidən maraqlanacağı istisna deyil. Axı son vaxtlar gözdən uzaq düşən hər iki futbolçumuz yığma karyerasını davam etdirənlərlə müqayisədə daha ucuz qiymətə transfer etmək olar.
0