Azərbaycanlı jurnalistlər “Birlik kuboku”nda rekord vurdu
15.01.2010 - 14:57
Azərbaycanlı jurnalistlər “Birlik kuboku”nda rekord vurdu
Azərbaycan çempionu “Bakı”nın çıxış etdiyi “MDB və Baltikyanı ölkələrin Birlik kuboku” turnirinə münasibəti fərqliliyi ilə seçilir. Apasport.az saytının məlumatına görə, yarışı ümumiyyətlə işıqlandırmayan və ya bu işi “can dərdi” edən Rusiya KİV-i ilə müqayisədə MDB-nin digər ölkələrində turnirə maraq daha böyükdür.

Yarışın təşkilatçısı olan Rusiya Futbol İttifaqının mətbuat xidmətinin rəhbəri Andrey Malosolov azərbaycanlıların bu mənada öndə olduğunu bildirib: “MDB ölkələrindən olan jurnalistlər “Birlik kuboku”na böyük maraq göstərir. Təkcə Azərbaycandan 30 jurnalist akkreditasiya olunub”.

Qeyd edək ki, turnirə akkreditasiya olunan azərbaycanlı jurnalistlər arasında apasport.az-ın da əməkdaşı var.
0