“Neftçi” İran bazarında
15.01.2010 - 15:33
“Neftçi” İran bazarında
“Neftçi” rəhbərliyi iranlı futbolçu Siyavuş Əkbərpuru transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, bakılılar İranın “İstiqlal” klubunun hücumçusuna rəsmi dəvət göndərib. Paytaxt təmsilçisinin məşqçiləri Əkbərpurun oyununun videoyazısını izlədikdən sonra onu heyətə qatmaq qərarına gəliblər. Futbolçunun özü də karyerasını ölkəmizdə davam etdirməyə razı olduğunu bildirib.
0