Valter Quqlemonun gücü “Karvan”a çatdı
15.01.2010 - 15:38
Valter Quqlemonun gücü “Karvan”a çatdı
“Neftçi” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Unibank Premyer Liqasının ikinci yarısına hazırlığın Bakıda keçirilən ilk mərhələsi çərçivəsində “Karvan”ı sınağa çəkiblər.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyunda “Neftçi” rəqibini darmadağın edib – 6:1. Bakılıların heyətində Valter Quqlemon 3, Adrian Neaqa 2, Leonard Naydin isə 1 qol vurub. Yevlaxlıların təsəlli qolunu isə yeni transfer Xaqani Məmmədov rəqib qapısından keçirib.

Qeyd edək ki, het-trikə imza atan uruqvaylı futbolçu “Neftçi”nin heyətində Premyer Liqada keçirdiyi 15 matçda cəmi 2 qol vurub.
0