Hafiz Məmmədovun tapşırığı
15.01.2010 - 15:59
Hafiz Məmmədovun tapşırığı
“Bakı” klubunun prezidenti Hafiz Məmmədov komandasına “Birlik kuboku” turnirinin qalibi olmağı tapşırıb. Apasport.az saytının məlumatına görə, sayca 18-ci olan ənənəvi turnirin sabaha təsadüf edən açılışı ərəfəsində Rusiya mətbuatı bu qənaətə gəlib.

Həmkarlarımız son Azərbaycan çempionunu favorit kimi qələmə veriblər. Turnirin startına geniş yer ayıran həmkarlarımız Azərbaycanı təmsil edəcək “Bakı”nın “qonşudan qalma dala” prinsipinə əsaslanaraq, kubok iddiasında olduğunu düşünür: “Əgər 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər-Lənkəran” bu titulu qazanıbsa, niyə “Bakı” bunu bacarmasın? Komandanı tanınmış Bülənt Korkmaz çalışdırır ki, o da Türkiyə yığmasında 100-dən çox matç keçirib. Heyət də döyüşkəndir. Oyunçuların mükafatlandırmaq baxımından rəhbərlik də simiclik etməyəcək. Üstəlik, Moskvada azarkeş dəstəyi də təmin olunacaq. Bu da sizə favorit”.
0