Sadıq müəllim, danışmaq olar?
15.01.2010 - 16:30
Sadıq müəllim, danışmaq olar?
Bakının “Neftçi” klubunun rəhbərliyi futbolçulara növbəti dəfə qadağa qoyub. Apasport.az saytının məlumatına görə, oyunçuların mətbuatla ünsiyyətinə çətinlik yaranıb.

Belə ki, yeni qaydaya əsasən, futbolçular KİV nümayəndələrinin “Neftçi” ilə bağlı suallarına cavab verə bilməzlər. Jurnalistlər başqa məsələlərə dair flaqman üzvləri ilə sərbəst danışmaq imkanına malikdirlər. Lakin sırf “Neftçi” haqqında müsahibə və ya açıqlama vermək olmaz. Paytaxt təmsilçisinə dair suallara cavab almaq üçün öncə klub rəhbərliyinin icazəsi lazımdır. Bu qayda “Neftçi” rəhbərliyindəki dəyişiklikdən sonra tətbiq olunmağa başlayıb.

Qeyd edək ki, ötən ay prezident postunda Əkbər Hacıyevi Sadıq Sadıqov əvəzləyib.
0