Öncə Moskvaya, sonra Budapeştə
15.01.2010 - 16:45
Öncə Moskvaya, sonra Budapeştə
AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın paytaxtı Moskvaya yollanıb. Apasport.az-ın assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, səfərdə məqsəd “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik Kuboku” uğrunda yarışda təmsilçimiz “Bakı”nın oyunlarını izləməkdir. Baş katib paytaxt klubunun yanvarın 16-da Tacikistanın “Vaxş”, ertəsi günü isə Finlandiyanın HİK komandası ilə görüşlərini izləyəcək. “Bakı”nın qrup mərhələsində çıxışı bitməmiş Məmmədov Moskvanı tərk edəcək. O, Rusiyadan Macarıstanın paytaxtı Budapeştə gedərək, futzal yığmamızın Avropa çempionatının final mərhələsindəki qarşılaşmalarının canlı şahidinə çevriləcək.
0