Azərbaycan milli komandası Falkirkə gedir
15.01.2010 - 16:48
Azərbaycan milli komandası Falkirkə gedir
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi növbəti oyunun yeri və vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Şotlandiya yığması ilə martın 2-də baş tutacaq oyun Falkirk şəhərində keçiriləcək.

Görüş şəhərin eyni adlı stadionuna təyin olunub. 2004-cü ildə inşa olunan bu arena 10 min tamaşaçı tutur. Şotlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:30-da başlayacaq ki, bu da matçın ölkəmizdə martın 3-ü olanda bitməsi deməkdir.

Qeyd edək ki, bu, yığmamızın seçmə mərhələdə 6-cı qarşılaşmasıdır. Bernard Lippertin yetirmələri ilk 5 görüşdə cəmi 1 xal toplaya bilib.
0