Yuqo Salyanda
15.01.2010 - 18:07
Yuqo Salyanda
Unibank Premyer Liqasının autsayderlərindən olan “Muğan” daha bir legionerlə anlaşıb. Apasport.az-ın Salyan klubunun rəsmi saytına istinadən məlumatına görə, bosniyalı yarımmüdafiəçi Amir Yuqo ilə müqavilə bağlanılıb. “Muğan”ın heyətində iki gün baxışda olan əcnəbi futbolçu baş məşqçi Almir Hurtiç tərəfindən bəyənilib. Bununla yanaşı, cari mövsümün ilk dövrəsini MOİK-də keçirmiş olimpiya yığmamızın üzvü Tural Axundov da əyalət komandasına transfer olunub. Bu, qış fasiləsində “Muğan”ın gerçəkləşdirdiyi ilk iki transfer olub. Əvəzində, baxışa gəlmiş makedoniyalı Draqan Stoyanovskinin durumu məşqçilərin xoşuna gəlməyib və o, bu gün vətəninə geri göndərilib.
0