“Birlik kuboku” “Bakı”nın olacaq?
15.01.2010 - 18:26
“Birlik kuboku” “Bakı”nın olacaq?
Rusiya Futbol İttifaqının (RFİ) rəsmi internet saytı sabah start götürəcək “Birlik kuboku” turniri ərəfəsində yarışın qalibi ilə bağlı sorğu keçirir. Apasport.az-ın məlumatına görə, yarışın açılış matçlarına 20 saat qalmış 1637 respondent turnirin favoritinə səs verib. Sorğunun arxada qalan hissəsində Azərbaycan çempionu “Bakı” ümumi səslərin təxminən 1/3-ni toplayaraq, böyük üstünlük qazanıb. Oxucular təmsilçimizi “Rubin” və Kiyev “Dinamo”su kimi komandalardan güclü sayır.

Qeyd edək ki, sorğu hələ bitmədiyindən “Bakı” tərəfdarları komandalarının üstünlüyünü daha da artıra bilər.


1. “Bakı” (Azərbaycan) – 557
2. “Rubin” (Rusiya) – 393
3. “Aktobe” (Qazaxıstan) – 346
4. “Dinamo” (Ukrayna) – 159
5. “Bunedkor” (Özbəkistan) – 80
6. HİK (Finalndiya) – 14
7. “Metallurq” (Latviya) – 10
8. “Levadiya” (Estoniya) – 6
9. Digərləri - 72
0