Raykaard “Qalatasaray”ı çempion etsə...
16.01.2010 - 00:00
Raykaard “Qalatasaray”ı çempion etsə...
Yayda komandanın başına məşhur hollandiyalı mütəxəssis Frank Raykaardı gətirən “Qalatasaray” onun illik məvacibinin 3,5 milyon avro olduğunu bəyan etmişdi. Lakin bununla kifayətlənməyən “Milliyet” qəzeti 47 yaşlı mütəxəssisin mətbuata tam şəkildə açıqlanmayan müqaviləsinin şərtlərini tapıb.

Apasport.az saytının xəbərinə görə, “Cim Bom”la 2 illik müqavilə imzalayan Raykaard klubu Superliqada çempion edəcəyi təqdirdə, əlavə 1 milyon avro, Türkiyə kubokunu qazansa, 500 min avro və Avropa Liqasının qalibi olsa, 2 milyon avro qazanacaq. Bundan başqa, gələn mövsüm “Qalatasaray” Çempionlar Liqasının birincisi olacağı təqdirdə, Raykaard əlavə 3,5 milyon avro mükafata da sahib olacaq.

Həmçinin hollandiyalı çalışdırıcının Türkiyədə bir illik bütün xərclərinə görə də klub əlavə 80 min avro ayırıb. Raykaard maaşının 1 milyon avrosunu dərhal, geri qalan 2,5 milyon avrosunu isə 10 ay ərzində hər ay 250 min avro alacaq. Onun bütün vergi xərclərini də klub ödəyəcək. İki ildə 7 milyon avro məvacibə görə İstanbul klubu dövlətə 2,45 milyon avro vergi ödəməli olacaq. “Qalatasaray” uğursuzluğa görə Raykaardı göndərəcyi təqdirdə onun müqavilənin sonuna qədər alacağı bütün maaşını ödəməli olacaq.
0