Fatih Akyel Almaniyada oynayacaq
16.01.2010 - 09:51
Fatih Akyel Almaniyada oynayacaq
Türkiyə millisinin sabiq müdafiəçisi, 2007-ci ildən bəri “Kasımpaşa”nın şərəfini qoruyan Fatih Akyel karyerasını Almaniyada davam etdirəcək. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu 6-cı liqada mübarizə aparan “Uerdingen”lə ikiillik müqavilə imzalayıb.

Qarşısına yaxın gələcəkdə Bundesliqaya çıxmaq məqsədi qoyan adıçəkilən klubun rəhbərliyi ilk növbədə sabiq futbol ulduzlarını komandaya cəlb etməyə çalışır. Fatihdən əvvəl “Uerdingen” Erhan Albayrak və braziliyalı Ailtonu transfer edib.

“Qalatasaray”la UEFA kubokunu qazanan Fatih Akyel Türkiyədə “Fənərbağça”, “Qalatasaray”, “Trabzonspor”, Avropada isə “Malyorka”, “Bohum” və PAOK kimi komandalarda top qovub. O, həmçinin 64 dəfə “ay-ulduzlular”ın heyətində meydana çıxıb.
0