“Xəzər-Lənkəran”ın futbolçusu ABŞ-da oynaya bilər
16.01.2010 - 00:05
“Xəzər-Lənkəran”ın futbolçusu ABŞ-da oynaya bilər
ABŞ yığması Salvadorla yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının xəbərinə görə, görüşün fevralın 24-də Floridada baş tutacağı gözlənilir. Bu qarşılaşma ABŞ millisi üçün DÇ-2010-a hazırlıq məqsədi daşıyacaq. Bob Bredlinin yetirmələri, həmçinin yanvarın 23-də Kaliforniyada “Xəzər-Lənkəran” hücumçusu Allan Lalinin şərəfini qoruduğu Honduras, martın 3-də isə Amsterdamda Hollandiya ilə yoldaşlıq oyunlarında üz-üzə gələcəklər.
Xatırladaq ki, ABŞ yığması DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Salvador millisinə qalib gəlsə (2:1) də, Honduras yığmasına məğlub olmuşdu (2:3).
0