“Qarabağ”a yenə legionerlər gələcək
16.01.2010 - 10:31
“Qarabağ”a yenə legionerlər gələcək
“Hazırlığımız istər fiziki, istərsə də texniki-taktiki baxımdan plana uyğun davam edir. Antalya toplanışının gedişində transfer məsələlərinə də üstünlük veririk”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan Premyer Liqa təmsilçisinin çalışdırıcısı təlim-məşq toplanışının arxada qalan hissəsini dəyərləndirib: “Bir neçə futbolçu düşərgəmizdədir, digər oyunçular yaxın günlərdə gələcəklər. Onların arasından doğru seçim etməyə çalışacağıq. Hazırlıqda yoldaşlıq görüşləri çox önəmlidir. İlk rəqibimiz Rusiyanın güclü komandalarından olan “Anji” olacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Anji” arasında oyun sabah – yanvarın 17-də keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
0