Mahir Şükürov 3 illik müqavilə bağladı, amma oynamadı
16.01.2010 - 10:44
Mahir Şükürov 3 illik müqavilə bağladı, amma oynamadı
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov Rusiyanın “Anji” klubu ilə üç illik müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi 2012-ci ilin sonunadək Mahaçqala təmsilçisinin şərəfini qoruyacaq. Futbolçumuzun “Anji” ilə iki illik anlaşacağı haqda xəbərlər yayılsa da dağıstanlıların baş məşqçisi Omari Tetradzenin apasport.az-a dediyi kimi məhz 3 illik müqavilə bağlanıb. Artıq klubun rəsmi internet saytı futbolçu ilə 2012-ci ilin sonunadək anlaşdıqları haqda məlumat yayıb.

Müqavilə bağlamadığından yeni komandasının ilk iki yoxlama oyununda meydana çıxmayan Mahirin debütü isə bu dəfə də baş tutmayıb. Rusiyalıların dünənə yoldaşlıq oyunu planlaşdırılsa da Tetradze bu matçdan imtina edib. Buna baxışda olan çoxsaylı legionerlərdən imtina olunması səbəb olub. Belə vəziyyətdə gürcü mütəxəssis sınaq oyununa ehtiyac görməyib. Bu isə o deməkdir ki, Şükürovun qeyri-rəsmi debütü sabah gerçəkləşə bilər ki, “Anji”nin də yanvarın 17-dəki rəqibi Ağdamın “Qarabağ” klubu olacaq.

Qeyd edək ki, Mahirin komandası bu ildən yenidən Rusiyanın Premyer Liqasında çıxış edəcək.
0