Hafiz Məmmədov haradadır?
16.01.2010 - 11:52
Hafiz Məmmədov haradadır?
Azərbaycan çempionu “Bakı”nın qatıldığı “Birlik kuboku” uğrunda yarışa yollanan nümayəndə ilk matçın başlanma saatını gözləyir. Səfərə çıxan media işçiləri arasında apasport.az saytının xüsusi müxbiri Mehman Süleymanov da var. Jurnalistləri, klub rəhbərliyini və qonaqları Moskvaya gətirən təyyarə yanvarın 15-də Bakı vaxtı ilə saat 16.50-də havaya qalxdı. Üç saatlıq yolçuluqdan sonra təyyarə “Şeremetyevo” hava limanına endi. Turnir iştirakçılarının qaldığı “Kosmos” otelinə qədər olan məsafəni qət etmək üçün isə təxminən iki saat vaxt sərf olundu.

“Bakı”nı müşayiət edən qonaqlar arasında AFFA rəsmiləri – İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov, Ələkbər Məmmədov, habelə, futbol veteranları Abbas Əzimov, Rüstəm Rəhimov və başqaları da var idi. Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmisi Nüvər Xasıyev də “Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətində yer almışdı. Klub prezidenti Hafiz Məmmədovun isə bazar günü Moskvada olacağı gözlənilir.

Qeyd edək ki, “Bakı” turnirdə ilk oyununu bu gün Bakı vaxtı ilə saat 14:00-da Tacikistan “Vaxş”ına qarşı keçirəcək.
0