Şükürovun baş məşqçisi də ağlayır
16.01.2010 - 12:03
Şükürovun baş məşqçisi də ağlayır
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun transfer olduğu Rusiyanın “Anji” klubu ciddi problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, Dağıstan təmsilçisində maliyyə problemləri yaranıb. Rusiya mətbuatına açıqlama verən “Anji”nin baş məşqçisi Omari Tetradze seleksiya işlərinə xərcləmək üçün pul tapmadıqlarını bildirib.

“Bütün mövqeləri gücləndirməliyik ki, bunun üçün də 7-8 yüksək səviyyəli futbolçu almalıyıq. Onları haradan tapacağımı isə bilmirəm. Çünki indi heyətin komplektləşdirilməsi üçün vəsaitimiz yoxdur. Bu səbəbdən bizə maraqlı olan məsələləri addım-addım həll edirik. Bir də ona ümid edirik ki, baxışda olanlar arasında nə isə tapdıq” - deyə çalışdırıcı vurğulayıb.

Qeyd edək ki, dünən Mahirlə 3 illik müqavilə bağlayan “Anji” daha 4 həmyerlimizi heyətinə qatmaqda maraqlıdır.
0