Moskvada “Bakı”dan uğurlu start - YENİLƏNİB
16.01.2010 - 15:49
Moskvada “Bakı”dan uğurlu start - YENİLƏNİB
Bu gün Rusiyanın paytaxtı Moskvada “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycanı son ölkə çempionu “Bakı”nın təmsil etdiyi sayca XVIII olan turnirin ilk oyunları B qrupunda baş tutub. Təmsilçimizin mübarizə apardığı bu qrupun hər iki oyunu Bakı vaxtı ilə saat 14:00-da başlanıb. Qazaxıstanın “Aktobe” klubu ilə Finlandiyanın HİK komandası “Olimpiyski” idman kompleksində üz-üzə gəlib. Türkiyəli mütəxəssis Bülənt Korkmazın yetirmələri “Dinamo” manejində Tacikistanın son çempionu “Vaxş”ı sınağa çəkib.



B qrupu
saat 14:00. “Bakı” (AZƏRBAYCAN) - “Vaxş” (Tacikistan) - 2:0

Qol: Fabio Luis Ramim, 39; Hacı Əhmədov, 49
“Bakı”: Xalidu Sissoko, Aleksey Savinov, Saşa Yunisoğlu, Cəmşid Məhərrəmov, Elvin Əliyev, Fabio Luis Ramim, Hacı Əhmədov, Bəxtiyar Soltanov (Jaba, 55), Mahmud Qurbanov (Aleksandr Şoliç, 70), Rəhman Hacıyev (Adnan Bərəkət, 55), Əziz Quliyev.
Ehtiyat oyunçular: Marko Şarliya, Ernad Skuliç, Stefan Bates, Jaba, Adnan Bərəkət, Aleksandr Şoliç, Vadim Borets.

“Vaxş”: Farxod Yuldoşev, Akmal Saburov, Aleksey Necmatov, Fatxullo Fatxulloyev, Asadullo Nurulloyev, Rustam Xodjayev, Soxib Suvonkulov, Maxmadali Sodikov, Rustam Usmonov, Numon Hakimov, Yusuf Rabiyev.
Ehtiyat oyunçular: Alişer Tuyçiyev, Djomixon Muxiddinov, Anvar Norkulov, Abdukayum Karaboyev, Mexrob Zaxurbekov, Baxodur Şarifov, Subxon Xodjamov.
Baş hakim: Almir Kayumov (Rusiya)

***Turnirin təşkilatçılıq səviyyəsinin aşağı olması diqqət çəkir. Komandamızın oyununa təxminən yarım saat qalsa da, Azərbaycan nümayəndə heyətinin üzvləri, eləcə də azarkeşlər “Dinamo” manejinə daxil ola bilmirlər. Zəif təşkilatçılıq digər məsələlərlə də bağlı özünü büruzə verib.
***Qarşılaşmanı ölkəmizdə televiziya vasitəsilə izləmək qeyri-müşkülə çevrilib. Çünki təşkilatçılar bu iddiada olan AzTV-dən xeyli pul istəyiblər. Buna görə də AzTV oyunu yayımlamaq fikrindən daşınıb.
***“Bakı“ “Vaxş“la oyuna sözün əsl mənasında, uşaqlarla çıxır. Belə ki, start heyətdə yer alan Rəhman Hacıyev və Hacı Əhmədovun cəmi 16 yaşı var. Bundan başqa, indiyədək heç nə ilə yadda qalmayan hücumçu Əziz Quliyev debüt matçına çıxır.
39-cu dəq. Komandamızın hücumu zamanı “Vaxş“ın qapısına vurulan zərbə tirdən döndü. Top Savinova düşdü və o, daha əlverişli mövqedə dayanmış Ramimi tapdı. Braziliyalı futbolçunun təxminən penalti nöqtəsindən vurduğu zərbə isə qarşısıalınmaz oldu - 1:0.
49-cu dəq. Bəxtiyar Soltanovun qapıya paralel ötüsməsini Hacı Əhmədov məntiqi sonluqla başa çatdırıb.
55-ci dəq. “Bakı“nın baş məşqçisi Bülənt Korkmaz birdən-birə 2 dəyişikliyə əl atdı O, Bəxtiyar Soltanovu Jaba, Rəhman Hacıyevi isə Adnan Bərəkətlə əvəzlədi. Beləliklə, mərakeş əsilli yarımmüdafiəçi “zolaqlılar“ın heyətində debüt etdi.
70-ci dəq. Mahmud Qurbanov da mübarizəni dayandırdı. Onu Aleksandr Şoliç əvəzləyib.
43-cü dəq. Jabanı cərimə meydançasına yıxdıqları üçün baş hakim “Vaxş“ın qapısına penalti təyin edib. Səbəbkar özü topa yaxınlaşsa da, 11 metrlik cərimə zərbəsini qola çevirə bilməyib. Onun zərbəsini qapıçı ayağı ilə qaytarıb. Təkrar zərbə də istənilən nəticə verməyib.
74-cü Fabio Luis Ramimin yerinə Vadim Borets oyuna daxil olub.
Matç başa çatır. Azərbaycan təmsilçisi “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” uğrunda yarışa qələbə ilə başlayır.

saat 14:00. “Aktobe” (Qazaxıstan) - HİK (Finlandiya) - 0:1
0