Milli komandamız darmadağın oldu
16.01.2010 - 14:27
Milli komandamız darmadağın oldu
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması (U-17) Belarusun paytaxtı Minskdə keçirilən beynəlxalq turnirdə çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində uğursuzluğa düçar olaraq sonuncu yeri tutan Oliver Pelzerin yetirmələri 7-ci yer uğrunda qarşılaşmada Belarusla görüşüb. Öz meydanında qrup sonuncusu olan rəqibimiz bütün acığını futbolçularımızdan çıxıb - 5:0.

Belaruslular birinci hissənin 8-ci, 10-cu və 40-cı dəqiqəsində fərqlənməklə, görüşün taleyini həll etsə də, fasilədən sonra da sakitləşməyiblər. 56-cı dəqiqədə fərqi 4-ə çatdıran meydan sahibləri 65-ci dəqiqədə qırmızı vərəqə alaraq, azlıqda qalan yığmamızı daha bir dəfə məyus edib. Oyunun 72-cı dəqiqəsindəki qol sonuncu olub. Bu məğlubiyyətdən sonra 17 yaşadək olan futbolçularımız Minsk turnirini 8 komanda arasında 8-ci yerdə bitiriblər.

Qeyd edək ki, qrup mərhələsində yığmamız Moldova (0:1), Latviya (1:1) və Rusiya (0:3) ilə oynamışdı.
0