“Arsenal” “qoca qartal”la müqavilə bağladı
16.01.2010 - 15:06
“Arsenal” “qoca qartal”la müqavilə bağladı
İngiltərənin dörd nəhəng klubundan biri olan “Arsenal” növbəti transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, İngiltərə milli komandasının sabiq futbolçusu Sol Kempbell yenidən “topçular”ın formasını geyəcək. Onunla mövsümün sonunadək müqavilə imzalanıb. 2001-2006-cı illərdə də Arsen Vengerin rəhbərliyi altında oynamış 35 yaşlı veteran müdafiəçi son illər “Tottenhem”, “Portsmut” və “Notts Kaunti”də çıxış edib. Sol ötən ilin sentyabrında “Notts Kaunti”dən azad agent statusu ilə ayrılmışdı.

Qeyd edək ki, “Arsenal” Kempbelldən öncə 17 yaşlı boliviyalı yarımmüdafiəçi Samuel Qalindonu da transfer edib. Lakin gənc futbolçunun digər İngiltərə təmsilçilərindən birinə icarəyə veriləcəyi istisna olunmur.
0