“Vaxş”ın baş məşqçisi iki futbolçumuzu fərqləndirdi - MÜSAHİBƏ
16.01.2010 - 23:12
“Vaxş”ın baş məşqçisi iki futbolçumuzu fərqləndirdi -  MÜSAHİBƏ
Tacikistanın “Vaxş” klubunun baş məşqçisi Aslidin Xabibullayevin apasport.az saytının Moskvaya ezam olunmuş xüsusi müxbirinə müsahibəsi

- Turnirdə məşqçi kimi debütünüzdə “Bakı” klubuna 0:2 hesabı ilə uduzdunuz. Son çempionumuzla oyundan razı qaldınızmı?
- Ayrı-ayrı futbolçuların oyunundan, xüsusilə müdafiəçilərdən razı qaldım. Düzdür, biz az vahimədə idilər. Ancaq ümumilikdə, oyunu təhlil etdikdə komandam məni çox razı saldı. Hesab edirəm ki, yetirmələrim bu gün layiqli çıxış etdilər.

- Amma təbii ki, məğlub olmusunuzsa, nəticə haqda bu sözləri deyə bilməzsiniz...
- Uduzsaq da, bir neçə yüz faizli qol imkanlarımız oldu. Birinci hissədə də belə şanslarımız oldu, fasilədən sonra da. Xüsusilə oyunun sonuna yaxın qol vurmalı idik. Ancaq təəssüf ki, futbolçularımız həmin epizodlarda topu qapıdan keçirə bilmədilər. Fikrimcə, qol imkanlarımızdan yararlansaydıq, oyun başqa cürə ola bilərdi.

- Ancaq qüvvələr nisbətini real qiymətləndirsək, çoxları “Bakı”nın komandanızı məğlub edəcəyini deyirdi...
- Düzdür. Ancaq çoxları “Bakı”nın bizi böyük hesabla udacağını gözləyirdi. Ancaq həm 0:2 hesabı ilə uduzduğumuzu, həm də istifadə etməli olduğumuz epizodları nəzərə alsaq, oyundan elə da narazı qala bilmərəm.

- İnternet vasitəsilə haqqında məlumat topladığınız “Bakı”nın oyununu ilk dəfə canlı izlədiniz. Komandamız iş başında necədir?
- Açığı, “Bakı”dan bundan da yaxşı oyun gözləyirdim. Komandanızda ən çox bəyəndiyim, diqqətimi çəkən futbolçuların topla çox yaxşı davranmalıdır. Bu planda futbolçularımız sizinkilərdən geri qalırdı. Topa belə yaxşı nəzarət edə bilmirdik və “Baki” bu komponentdə bizi üstələdi. Ancaq digər tərəfdən, futbolçularımızın hazırlıq səviyyəsinin yetərincə olmamağı öz sözünü dedi. Bizdə mövsüm bitib, futbolçularım istirahətdən yeni qayıdıb, onları ağır yükləmək olmur.

- Onu da nəzərə alaq ki, “Bakı” heç də əsas heyətlə meydana çıxmamışdı. Bir sıra aparıcı futbolçuları ehtiyatda qalmasaydı, üstəlik, Jaba penalti zərbəsini dəqiq vursaydı, darmadağın olunacaqdınız...
- Mən deyə bilmərəm ki, “Bakı”nın əsas, yoxsa əvəzedici heyətlə oynayardı. Hər halda, bu gün çoxlarının gözlədiyi kimi böyük hesabla yenilmədik. Mən proqnoz verməyi xoşlamıram. Futbol gözlənilməzliklə doludur. Ancaq yəqin ki, “Bakı” turnirin əsas favoritlərindən biri olacaq.

- Komandamızda ən çox hansı futbolçuların oyununu bəyəndiyiniz? Adlarını bilməsəniz də, çıxış etdiyiniz nömrələrlə deyə bilərsiniz?
- Müdafiənin sol cinahında oynayan (Elvin Əliyev) və irəlidə çıxış edən (Bəxtiyar Soltanov) futbolçunu qeyd edə bilərəm. Hücumda oynayan müdafiə xəttimizə çoxlu gərginlik yaratdı. Sol cinah oyunçusu isə müdafiədə yaxşı oynamaqla yanaşı, hücuma tez-tez qoşularaq, təhlükə yaradırdı.
0