“Neftçi” iki yerə “parçalandı”
17.01.2010 - 11:53
“Neftçi” təlim-məşq toplanışının ilk mərhələsinə son verib. Apasport.az saytının xəbərinə görə, komanda bu gün səhər saatlarında Bakı-İstanbul-Antalya reysi ilə Türkiyəyə yola düşüb.
“Mardan” İdman Kompleksində məskunlaşacaq “ağ-qaralar” burada 4 yoldaşlıq oyunu keçirəcək. “Neftçi” yanvarın 19-da “Çernomorets” (Ukrayna), 22-də “Antalyaspor” (Türkiyə), 27-də isə “Amkar”la (Rusiya) qarşılaşacaq.
Komandanın ayın 25-də keçirəcəyi yoldaşlıq oyunundakı rəqibi isə hələ dəqiqləşməyib.
Təlim-məşq toplanışının ilk mərhələsini Bakıda keçirən əvəzedici heyət isə hazırlığı Gürcüstanda davam etdirəcək. Yanvarın 17-dən 27-dək Axaltsixe şəhərində keçiriləcək təlim-məşq toplanışında baş məşqçi Nazim Əliyev yetirmələrini 4 yoldaşlıq oyununda sınamağı planlaşdırır.

- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
0
0