“Xəzər-Lənkəran” rus klubunu məğlub etdi - YENİLƏNİB
17.01.2010 - 19:08
“Xəzər-Lənkəran” rus klubunu məğlub etdi - YENİLƏNİB
Türkiyənin Belek şəhərində təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” bu gün ilk yoxlama matçına çıxıb. Apasport.az saytının xəbərinə görə, cənub təmsilçisinin öncə Belarusun güclülər dəstəsində mübarizə aparan və 2009-cu il mövsümünü 14 komanda arasında 10-cu yerdə bitirən “Vitebsk” komandası ilə görüşü nəzərdə tutulurdu. Amma lənkəranlılar Rusiyanın birinci divizionunda çıxış edən “Vityaz” klubu ilə qarşılaşıb və ikinci hissədə meydana çıxan Denis Kalinkovun vurduğu yeganə qolla qələbə qazanıb.

17:00. “Xəzər-Lənkəran” – “Vityaz” (Rusiya) - 1:0
QOL: Denis Kalinkov, 65

Qeyd edək ki, apasport.az saytının Antalyaya ezam olunan əməkdaşı “Xəzər-Lənkəran” – “Vitebsk” matçını canlı izləyəcək. O, oyundan sonra baş məşqçilərin və futbolçuların fikirlərini sadiq oxucularına çatdıracaq.

0