Milli komandamız Macarıstana getdi - FOTO
17.01.2010 - 13:01
Milli komandamız Macarıstana getdi - FOTO
Avropa çempionatında iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası bu gün Macarıstana yollanıb. Apasport.az saytının xəbərinə görə, yığmamızın heyətinə 12 oyunçu daxil edilib. Bunlar Andrey Tveryakin, Marat Salyanski, Rizvan Fərzəliyev, Felipe Ribeiro dos Santos, Namiq Məmmədkərimov, Vitali Borisov, Maşado dos Santos, Tiaqo Rodriques, Luis Serjio Lukas, Rəcəb Fərəczadə, Alves Ediqleuson və Sergey Çuykovdur.

Avropa çempionatında komandamız ilk oyununu yanvarın 19-da, Bakı vaxtı ilə saat 20:30-da Budapeştdəki Papp Laszlo Arenada Macarıstana qarşı keçirəcək.

Qeyd edək ki, mili komandamızın oyununu işıqlandırmaq üçün apasport.az saytının əməkdaşı da Budapeştdə ezam olunub.
0