Birinci dərs, yaxud “Olimpik-Şüvəlan”da nə var, nə yox? - FOTOSESSİYA
17.01.2010 - 13:52
Birinci dərs, yaxud “Olimpik-Şüvəlan”da nə var, nə yox? - FOTOSESSİYA
Yanvarın 14-dən etibarən Antalyada təlim-məşq toplanışı keçirən “Olimpik-Şüvəlan” artıq bu gün ilk yoxlama matçına çıxacaq. Apasport.az saytının Antalyaya ezam olunan müxbirinin məlumatına görə, Bakı klubu 3 günlük ağır məşqlərin ardından Qazaxıstan “Tobol”u ilə oyunda qüvvəsini sınayacaq.

Görüş yerli vaxtla saat 17:30-da “Topqapı Palace” otelinin idman kompleksində baş tutacaq. Qeyd edək ki, iki il əvvəl yığmamız Qazaxıstanla məhz həmin kompleksdə qarşılaşmışdı...

“Olimpik-Şüvəlan”ın baş məşqçisi Nazim Süleymanov yetirmələrini yorğunluq fonunda sınaqdan keçirmək istəyir. Belə ki, dünən iki dəfə meydançaya çıxan “təyyarəçilər” bu gün səhər də məşq keçiblər.

Yeni oyunçulara gəlincə, Süleymanovun sərəncamında hələ ki bir yeni futbolçu var. Bu fransalı Qoran Jerkoviçdir. Çox güman onun taleyinə bu oyundan sonra aydınlıq gələcək. Aldığımız məlumata görə, bir neçə futbolçunun düşərgəyə baxışa çağırılacağı da gözlənilir.
0