“Qəbələ” hollandiyalı yarımmüdafiəçi transfer edə bilər
17.01.2010 - 14:56
“Qəbələ” hollandiyalı yarımmüdafiəçi transfer edə bilər
Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” heyətini gücləndirmək məqsədilə baxışa yeni futbolçular çağırıb. Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının məlumatına görə, baş məşqçi Ramiz Məmmədov bu gün holland futbolçu Roel de Graafı sınaqdan keçirəcək.

27 yaşlı yarımmüdafiəçi hazırda Hollandiya çempionatında “Haarlem” klubunun şərəfini qoruyur. Vaxtilə “Sparta” (2004/05) və “Zvolle” (2008/09) komandalarında çıxış edib. Hücumameylli olan Roel de Graaf ümumilikdə, Hollandiya çempionatında 88 oyunda 19 qol vurub.
0