Meyxanaçı Vüqar da yığmaya qoşuldu
17.01.2010 - 20:34
Meyxanaçı Vüqar da yığmaya qoşuldu
Futzal üzrə Azərbaycan milli komandasını Macarıstanda keçiriləcək Avropa çempionatının oyunlarında meyxanaçı Vüqar da dəstəkləyəcək. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, söz ustası yığmanın üzvləri ilə eyni heyətdə yer alıb. Milli komandamızla birgə Macarıstana yollanan Vüqar futzalçılarımızın sadiq azarkeşi sayılır. O, Budapeştdə yığmamızın oyunlarını izləyəcək və öz meyxanaları ilə həmyerlilərimizi qələbəyə ruhlandıracaq.

Qeyd edək ki, Avropa çempionatı yanvarın 19-da start götürəcək. Milli komandamız A qrupu çərçivəsində öncə Macarıstan, ardından Çexiyanı sınağa çəkəcək.
0