Səfir dəstəyi: Sizi yarımfinalda gözləyirəm!
17.01.2010 - 20:23
Səfir dəstəyi: Sizi yarımfinalda gözləyirəm!
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov futzal yığmamızın üzvləri ilə görüşüb. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, səfir milli komandamızın oyunçularına qarşıdakı Avropa çempionatının matçlarında uğurlar arzulayıb. Budapeşt otelində baş tutan görüşdə Həsənov matçları izləyəcəyini bildirib: “Yanvarın 19-da Macarıstana qarşı keçiriləcək oyuna canlı baxacağam. Səfirliyin əməkdaşları da bu qarşılaşmada yığmamıza dəstək verəcəklər”.

Həsənov milli komandamıza ən azı yarımfinala yüksəlməyi arzulayıb: “Sizi Debretsendə - yarımfinal matçında gözləyirəm”. Qısa söhbətdən sonra futzalçılara uğurlar diləyən səfir oteli tərk edib.
0