“Olimpik-Şüvəlan” – “Tobol” matçında kütləvi qarşıdurma - YENİLƏNİB
17.01.2010 - 22:20
“Olimpik-Şüvəlan” – “Tobol” matçında kütləvi qarşıdurma - YENİLƏNİB
Antalyada hazırlıq keçən “Olimpik-Şüvəlan” klubunun bu günə nəzərdə tutulan yoxlama oyunu baş tutmayıb. Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının xəbərinə görə, Qazaxıstan “Tobol”u ilə görüş birinci hissənin sonlarında dayandırılıb.

Belə ki, “təyyarəçilər”in moldovalı futbolçusu Sergey Laşenkov adi oyun epizodunda rəqibin hücumunun qarşısını almaq istəyərkən, qazaxıstanlı futbolçunu yıxıb. Ardından Sergey ayağa durub butslaranın iplərini bağlamaq istəyib. Bu zaman rəqib futbolçu onun sifətinə ayaqla güclü zərbə endirib. Zərbədən şok vəziyyətinə düşən Laşenkov bir müddət ayıla bilməyib. Futbolçular arasında isə kütləvi qarşıdurma yaranıb. İşə klub rəhbərliyi qarışıb və “Olimpik-Şüvəlan”ın prezidenti Vaqif Qasımovun göstərişi ilə komanda meydanı 41-ci dəqiqədə tərk edib.

Laşenkov isə Antalyada “Yaşam” xəstəxanasına çatdırılıb. Müayinədən keçən futbolçu sifətindən zədə alıb. Hazırda Sergey komandanın məskunlaşdığı “Kremlin” otelindədir.
0