Jaba bəhanə gətirdi
17.01.2010 - 21:42
Jaba bəhanə gətirdi
“HİK-ə qarşı yaxşı oynadıq. Bu gün qələbə qazanmağa layiq idik”. Bu fikirləri apasport.az saytının Moskvaya ezam olunmuş müxbirinə açıqlamasında “Bakı” klubunun braziliyalı hücumçusu Jaba deyib.

29 yaşlı legioner milli çempionatımızdan fərli, hazırda çıxış etdikləri “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində qolçuluq bacarığını nümayiş etdirə bilmir. Tacikistanın “Vaxş” klubu ilə görüşdə (2:0) real imkanı olan Jaba penalti zərbəsini boşa verməklə, qol şansını əldən verdi.

Finlandiyanın HİK klubu ilə görüşdə isə 90 dəqiqə meydanda olan braziliyalı hücumçu oyun vəziyyətindən də fərqlənə bilmədi. Qol imkanlarında diqqətli olmağın vacibliyini düşünən Jaba qrupda son oyunla bağlı nikbindir: “Qol şansı təkcə məndə yox, digər komanda yoldaşlarımda da olub. Bu gün Aleksandr Şoliç, Ernad Skuliç, Adrianonun əlində yaxşı imkan düşdü, amma qol yoxdur. İnşallah, qrupda son görüşümüzdə vəziyyətləri dəyərləndirərik. Qazaxıstanın “Aktobe” klubu ilə oyunda qol da vurarıq, istədiyimiz nəticəni də qazanarıq”.

Qeyd edək ki, “Bakı” “Aktobe” ilə yanvarın 19-da görüşəcək.
0