Şəklimi çəkə-çəkə hərdən...
17.01.2010 - 23:44
Şəklimi çəkə-çəkə hərdən...
Avropa çempionatının final mərhələsində iştirak etmək üçün bu gün Macarıstanın paytaxtı Budapeştə gələn Azərbaycan yığmasının futzalçıları fotoobyektiv qarşısına keçiblər. Apasport.az-ın Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, həmyerlilərimiz UEFA-nın rəsmi saytı üçün şəkil çəkdiriblər. Qitənin ən ali futbol qurumunun “Fotoshop” adlı layihəsinə əsasən, Avropa çempionatına qatılan bütün futzalçıların tək-tək və komanda halında fotoları çəkilib. Bu gün A qrupunda əvvəlcə Macarıstan, ardından milli komandamızın futzalçıları “Fotoshop”un iştirakçısı olublar. Şəkillər tezliklə UEFA-nın rəsmi saytında yerləşdiriləcək.
0