“Kocaelispor” Azərbaycandan nə gözləyir?
18.01.2010 - 12:12
“Kocaelispor” Azərbaycandan nə gözləyir?
Türkiyənin “Kocaelispor” klubu “Xəzər-Lənkəran”dan asılı vəziyyətə düşüb. Apasport.az saytının məlumatına görə, birinci dəstədə çıxış edən İzmit təmsilçisi lənkəranlıların sabiq futbolçusu Əhməd Dursunu transfer etmək istəyir. Lakin Azərbaycana gəlməzdən əvvəl də “Kocaelispor”un formasını geyən 32 yaşlı hücumçunun qayıdışı “düyünə düşüb”. Belə ki, izmitlilər”Xəzər-Lənkəran”ın göndərməli olduğu transfer vərəqinin yolunu gözləyir. Lakin klub – milli assosiasiyalar – klub istiqamətində dövriyyədə olan sənəd yollarda yubanır.

Qeyd edək ki, azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynov da ötən il “Kocaelispor”da çıxış ediblər.
0