İki milli komandanın futbolçusu “Xəzər-Lənkəran” klubunda baxışdadır
18.01.2010 - 12:21
İki milli komandanın futbolçusu “Xəzər-Lənkəran” klubunda baxışdadır
“Xəzər-Lənkəran” klubu düşərgəsinə daha iki legioner cəlb edib. Apasport.az saytının məlumatına görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən təmsilçimizin hazırlıqlarına qatılan hər iki oyunçu milli komanda futbolçusudur. Albaniya yığmasının üzvü olan Elvin Beqiri 2002-ci ildə debüt etdiyi millidə artıq 47 matç keçirib. Bu il 30 yaşını qeyd edəcək mərkəz müdafiəçisi “Xəzər-Lənkəran”a “Vlajnia” klubundan gəlib. Vaxtilə karyerasını bu klubda başlayan Elvin 2003-06-cı illərdə legioner həyatı da yaşayıb. O Ukraynada “Metallurq” (Donetsk) və “Arsenal”ın, Rusiyada “Alaniya”, həmçinin İsraildə Təl-Əviv “Makkabi”sinin şərəfini qoruyub.

Estoniya yığmasında 20 matç keçirən Tixon Şişov isə Tallinnin “Levadiya” klubundan dəvət olunub. 27 yaşlı müdafiəçi karyerası boyu paytaxt təmsilçisi ilə yanaşı “Puuma”, Pyarnu “Levadiya”sı, həmçinin Macarıstanın “Qyor ETO” klublarında oynayıb. Tixon 6 dəfə Estoniya çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.
0