Vaqif Cavadovun komandası ilə xal itkisi ilə başlayıb
18.01.2010 - 12:30
Vaqif Cavadovun komandası ilə xal itkisi ilə başlayıb
Hollandiya çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun komandası “Tvente” XVIII turda “Utrext”in qonağı olub. 21 yaşlı hücumçumuzun iştirak etmədiyi qarşılaşmada qapılara qol vurulmayıb – 0:0. 2010-cu ilə xal itkisi ilə başlayan “Tvente”, buna baxmayaraq, zirvədəki yerini saxlaya bilib. 18 oyundan sonra hesabında 48 xal olan “Tvente” ən yaxın izləyicisi PSV-ni 3 xal qabaqlayır. Lakin Eyndhoven təmsilçisi 1 oyun az keçirib.

Qeyd edək ki, Vaqifin komandası növbəti oyununu yanvarın 24-də “Qroningen”ə qarşı keçirəcək.
0