“İnter” hollandiyalıları məyus edib
18.01.2010 - 12:38
“İnter” hollandiyalıları məyus edib
Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" komandası ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, bakılılar Antalyadakı ilk sınağında Hollandiyanın aşağı dəstə təmsilçisi “DVS’33 Ermelo” ilə görüşüb. Oyun 2:0 hesabı ilə bakılıların xeyrinə başa çatıb. Qolları Petar Zlatinov və Girts Karlson vurub.

Qeyd edək ki, ikinci oyununu bu gün keçirəcək “İnter” sabiq futbolçusu Mahir Şükürovun komandası “Anji” (Rusiya) ilə üz-üzə gələcək.
0