Leandro Qomeş özünə komanda tapıb
18.01.2010 - 13:12
Azərbaycan milli komandasının sabiq futbolçusu Leandro Qomeş özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu karyerasını vətənində davam etdirəcək. 34 yaşlı hücumçu Rio-de-Janeyronun “Amerikano” klubu ilə müqavilə bağlayıb. Lakin Qomeşin yeni klubunda debütü baş tutmayıb. Braziliyada qış fasiləsinə son qoyan komandalar 2010-cu ilin ilk sınağına başlasalar da, Leandro ilk matçda yer almayıb. “Amerikano” Quanabara ştat kubokunda məşhur “Fluminenze” ilə qarşılaşmada 0:3 hesabı ilə məğlub olub.
Azərbaycan klublarının tarixinə düşən digər futbolçu Feliks Felipe Almeyda isə daha məşhur rəqiblə oyunda debüt imkanı qazanıb. “Bakı”nın sabiq futbolçusu çıxış etdiyi “Rio-Branko”nun “Santos”a qarşı oyununda start heyətində yer alıb. Braziliyanın güclü ştat birinciliyi olan Paulistanın ilk turunda Pelenin komandası “Rio-Branko”nun qapısına 4 qol vurub. “Xəzər-Lənkəran”dan ötən ay ayrılıb “Barueri”yə keçən Denis də Qomeş kimi debüt edə bilməyib. O, Paulistanın ilk turunun “Sertaozinyo” ilə matçında yer almayıb.

0
0