Əfqan Həmzəyev “Bavariya” - “Lokomotiv” oyununda
18.01.2010 - 14:16
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən azərbaycanlı futbol hakimləri orada baş tutan yoxlama oyunlarında da bacarıqlarını göstərirlər. Apasport.az saytının Antalyaya ezam olunan əməkdaşının məlumatına görə, ölkənin ən perspektivli hakimlərindən sayılan Əfqan Həmzəyev də növbəti təyinatını qonşu ölkədə alıb.
O, məşhur “Bavariya”nın qarşılaşmasında fit çalacaq. Həmzəyev Almaniya təmsilçisinin gənclərdən ibarət komandasının Rusiyanın “Lokomotiv” komandası ilə görüşünün baş hakimi təyin olunub.
Qeyd edək ki, münhenlilərin gənclərini komandanın sabiq futbolçusu, məşhur Mehmet Şoll çalışdırır.

- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
0
0