Güclü qar azərbaycanlı azarkeşləri Budapeştə buraxmadı - FOTO
18.01.2010 - 14:27
Güclü qar azərbaycanlı azarkeşləri Budapeştə buraxmadı - FOTO
Futzal yığmamızı Avropa çempionatında dəstəkləmək üçün Hollandiyadan Macarıstanın paytaxtı Budapeştə gəlmək istəyən azərbaycanlı azarkeşlər istəklərinə çatmayıblar. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, təxminən 15 soydaşımız Macarıstana avtomobillərlə yollanıblar. Lakin onlar Hollandiya - Almaniya sərhədində böyük problemlə üzləşiblər. Belə ki, güclü qar yolları örtdüyündən səfərə avtomobillə davam etmək müşkülə çevrilib. Bu səbəbdən əksər soydaşlarımız geri qayıtmalı olublar. Onlardan yalnız ikisi təyyarə ilə özlərini Budapeştə çatdırıblar.

Sabah start götürəcək qitə çempionatında yığmamızı bir neçə ölkədə yaşayan soydaşlarımızın dəstəkləyəcəyi gözlənilir. AFFA azarkeşləri bayraqla təmin edəcək. Budapeştə 50 böyük və 150 kiçik bayraq aparılıb.
0