Avropanın ən titullu yığması Azərbaycandan çəkinir
18.01.2010 - 14:59
Avropanın ən titullu yığması Azərbaycandan çəkinir
Futzal üzrə İspaniya milli komandasının baş məşqçisi Ernesto Aqudo Avropa çempionatının final mərhələsi ərəfəsində rəqiblərini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, Avropanın ən titullu futzal yığmasının çalışdırıcısı Macarıstanda keçirilən turnirdə ən çox ehtiyatlandığı komandaların siyahısını açıqlayıb. İspaniya mətbuatına müsahibə verən Aqudo yarışların debütantı olan Azərbaycan yığmasının da adını çəkib: “Təbii ki, Rusiya və İtaliya yığmaları xüsusi qeyd olunmalıdır. Portuqaliya isə sirr olaraq qalır. Azərbaycan isə qarşısındakı komandaya, kimliyindən asılı olmayaraq, nəfəs almaq imkanı belə verməyə bilər. Onlar istənilən rəqibi məyus etmək iqtidarındadır. Heyətlərində də 7 milliləşən braziliyalı var”.

Qeyd edək ki, İspaniya yığması indiyədək keçirilən bütün dünya və Avropa çempionatlarında mükafatçılar arasına düşüb.
0